Mühafizə alayında müşavirə keçirilib

Posted by

Mühafizə alayında müşavirə keçirilibMühafizə alayında müşavirə keçirilib

Mühafizə alayında müşavirə keçirilib

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov Mühafizə alayının komandanlığı və bölük komandirlərinin iştirakı ilə müşavirə keçirib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müşavirə Mühafizə alayının fəaliyyəti üzrə göstəricilərin yaxşılaşdırılması və qarşıya qoyulmuş vəzifələrin icrasına həsr olunub. Rəis müavini çıxış edərək xidməti intizamın möhkəmləndirilməsi, döyüş xidməti nizamnaməsinin tələblərinə ciddi əməl olunması, həqiqi hərbi xidmət keçən əsgərlərə diqqət və qayğının artırılmasına dair tapşırıq və tövsiyələrini verib.

Müşavirədən sonra N.Cəlilov xidmətə yeni başlayan gənc əsgərlərlə görüşüb.

 

Trend/az