Meksikada Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Posted by

Meksikada Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

 

Meksikada Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Meksikada Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

 

Meksikanın İberoamerikano Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin Yaxın Şərq və Qafqaz Araşdırmaları bölməsində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Trend-in Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyinə istinadən verdiyi məlumata görə, tədbir zamanı Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı faciəsinin nəticələrindən bəhs edən məlumat xarakterli prezentasiya ilə çıxış etmişdir.

Qeyd edilmişdir ki, Xocalıda baş vermiş soyqırım hadisəsi ermənilər tərəfindən 200 ildən artıq müddət ərzində azərbaycanlılara qarşı törədilmiş qeyri-insani və qəddar cinayətlər sırasından yalnız biridir. İ.Muxtarov bununla əlaqədar olaraq Azərbaycan torpaqlarının işğalı tarixindən danışmış, Xocalı soyqırımı zamanı insanlığa qarşı cinayətlərdən və baş vermiş dəhşətli faktlardan danışaraq, Ermənistan tərəfindən törətdilmiş soyqırımın təfərrüatları və nəticələri barədə məlumat vermişdir.

Səfir bildirmişdir ki, ermənilər “dənizdən dənizə böyük Ermənistan” yaratmaq barədə təcavüzkar və uydurma ideyalarına əsasən, keçmiş SSRİ rəhbərliyinin dəstəyi ilə 1988-ci ildən etibarən ölkəmizə qarşı ərazi iddiaları irəli sürmüş və bunun nəticəsi olaraq Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal edilmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin törətdiyi soyqırım nəticəsində 613 nəfərin həyatına son qoyulduğu və itkin düşmüş 150 nəfərin taleyinin isə indiyədək məlum olmadığı diqqətə çatdırılmışdır.

Azərbaycanın işğal edilmiş ərazilərində xalqımızın mədəniyyət irsinə qarşı Ermənistan tərəfindən həyata keçirilməkdə davam edən cinayətlər, məscidlərin, digər mədəni və tarixi abidələrin məhv edilməsi faktları tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Səfir vurğulamışdır ki, bugünədək Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslər cəzasız qalırlar və beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda baş vermiş hadisələrin tanınması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etməkdədir. Eyni zamanda səfir İ.Muxtarov bildirmişdir ki, artıq bir neçə ölkənin parlamentlərində Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərarlar qəbul edilmişdir. Bu istiqamətdə, dünyada ilk dəfə olaraq Meksika Konqresində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair qətnamələrin qəbul edilməsi ilə əlaqədar Meksika Konqresinə xüsusi minnətdarlığını ifadə etmişdir.

Tədbir zamanı iştirakçılara səfirlik tərəfindən ispan dilində hazırlanan sənədli film nümayiş olunmuşdur.

Tədbirin yekununda yönəldilən çoxsaylı suallara cavab verilmiş və tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.

 

Trend.az