Mədəniyyət və rabitə nazirlərinin görüşündə nədən danışıldı?

Posted by

Mədəniyyət və rabitə nazirlərinin görüşündə nədən danışıldı? Mədəniyyət və rabitə nazirlərinin görüşündə nədən danışıldı?

Mədəniyyət və rabitə nazirlərinin görüşündə nədən danışıldı?

Noyabrın 7-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi ilə görüşdü.

 

Nazirlikdən Trend-ə verilən məlumata görə, qonağı salamlayan Əbülfəs Qarayev Azərbaycanın qonşu və dost İranla əlaqələrin tarixindən danışdı, bu əlaqələrin davamlı inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Qeyd olundu ki, dini, mədəni bağlılığımız digər istiqamətlərdə də əlaqələrin əsasını təşkil edir. Nazir gələn il İran İslam Respublikasında Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin nəzərdə tutulduğunu bildirdi.

 

Səmimi qəbula görə minnətdarlığını bildirən iranlı qonaq Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində ölkəmizə dəfələrlə səfər etdiyini, xalqımızın ümummilli lideri, görkəmli siyasətçi Heydər Əliyevlə görüşdüyünü, burada xeyli dostluq əlaqələri qurduğunu bildirdi. Mədəni münasibətlərin vacibliyinə diqqət çəkən Mahmud Vaezi qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğuladı, xalqlarımızın bir-birini daha yaxından tanıması üçün mədəniyyətin mühüm vasitə olduğunu bildirdi. O, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin bu günlərdə Azərbaycana səfər edəcəyini və əlaqələrin inkişafına töhfə verəcək bir sıra sənədlərin imzalanacağını qeyd etdi.

 

İki ölkə arasında gediş-gəlişin daha rahat həyata keçirilməsi üçün viza rejiminin sadələşdirilməsinin faydalarından danışan iranlı nazir bunun qarşılıqlı turist səfərlərinin artmasına da təkan verəcəyini diqqətə çatdırdı. Eyni zamanda Azərbaycandan İranın bir sıra şəhərlərinə birbaşa hava uçuşlarının artırılmasının da əlaqələrin inkişafında rol oynayacağını bildirdi.

 

Görüşdə o da qeyd olundu ki, Azərbaycan və İran bir sıra beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir, bir sıra layihələrdə bir-birini dəstəkləyir. Ölkələrimizin mədəni irs nümunələri YUNESCO-nun irs siyahılarında müştərək təmsil olunur. Vurğulandı ki, iki ölkə arasındakı bu əlaqələr bundan sonra da inkişaf etdirilməli, qarşılıqlı səfərlər intensivləşməlidir.

 

Trend.az