MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclası keçirilib
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 27-də Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin Rusiya Federasiyasının Soçi şəhərində keçirilən növbəti iclasında iştirak edib.
İclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Trend.az