MDB Elektrik Enerjisi Şurası və BMT-nin Avropa İqtisadi Komissiyası qarşılıqlı anlaşma memorandumu imzalayıblar
Cümə günü Bakıda MDB Elektrik Enerjisi Şurası və BMT-nin Avropa İqtisadi Komissiyası qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Trend-in məlumatına görə, sənəd Bakıda keçirilən MDB Elektrik Enerjisi Şurasının 45-ci iclası çərçivəsində imzalanıb.
Sənədi Rusiyanın energetika naziri Aleksandr Novak və BMT-nin Avropa İqtisadi Komissiyası icraçı katibinin müavini Andrey Vasilyev imzalayıblar.
Trend.az