Müdafiə Nazirliyi kadr dəyişikliyi barədə açıqlama verdi
Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə xidmət etmiş hərbi qulluqçuların tutduqları vəzifələrdən kənarlaşdırılması ilə bağlı açıqlama verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həyata keçirilən islahatlar, kadr və struktur dəyişikliyi müdafiə sisteminin və idarəetməninin təkmilləşdirilməsinə yönəlib:
“Azərbaycan Respublikası Silahlı Qüvvələrində həyata keçirilən islahatlar, kadr və struktur dəyişikliyi döyüş hazırlığının daha da yüksəldilməsinə imkan yaradıb”.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən hərbi qulluqçuların yer dəyişmələri məsələsinə də aydınlıq gətirilib: “Müdafiə Nazirliyinin strukturundakı hərbi qulluqçuların yerdəyişmələri xidmət illəri, yaş həddi, uzun müddət eyni vəzifədə qalma nəzərə alınmaqla rotasiya qaydasında həyata keçirilir”.
Qafqazinfo.az