Müdafiə naziri İsrailin yeni səfiri ilə görüşüb
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Z.Həsənov ona Azərbaycanla İsrail arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Trend.az