Məcburi köçkünlər üçün salınan qəsəbələrin və burada yaşayanların sayı açıqlanıb
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu günə qədər məcburi köçkünlər üçün salınan qəsəbələrin və bu qəsəbələrdə yaşayanların sayını açıqlayıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2015-ci ildə məcburi köçkünlər üçün daha 5 müasir tipli qəsəbə istifadəyə verilib, 15 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Ümumilikdə, 94 müasir tipli qəsəbələrdən 89-u məhz son 12 ildə tikilib istifadəyə verilib. Bu qəsəbələrə köçürülmüş 243 min məcburi köçkündən 225 min nəfəri son 12 ilin payına düşür.
Apa.az