Mübariz Qurbanlı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxini qəbul edib

Posted by

Mübariz Qurbanlı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxini qəbul edibMübariz Qurbanlı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxini qəbul edib

Mübariz Qurbanlı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxini qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxini qəbul edib.

 

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin bundan sonra da uğurla inkişaf etməsinin vacibliyi vurğulanıb.

 

V.Doroxin qeyd edib ki, Azərbaycan tolerantlığın yüksək səviyyədə olduğu ölkədir. O, ölkələrimiz arasında din sahəsində mövcud əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini bildirib.

 

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.

 

Trend.az