Mübariz Qurbanlı Romada Azərbaycan təcrübəsindən danışacaq

Posted by

Mübariz Qurbanlı Romada Azərbaycan təcrübəsindən danışacaqMübariz Qurbanlı Romada Azərbaycan təcrübəsindən danışacaq

Mübariz Qurbanlı Romada Azərbaycan təcrübəsindən danışacaq

Bu gün Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İtaliyaya səfərə gedib.

 

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun təşəbbüsü ilə dekabrın 10-da Roma şəhərində Azərbaycan Milli Məclisi və İtaliya Senatı tərəfindən “İslam ənənəli dövlətlərdə dini birgə yaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçiriləcək. M.Qurbanlı konfransda “İslam dünyasında dövlət-din münasibətləri: dünyəviləşmə problemi” mövzusunda məruzə ilə çıxış edəcək.

 

Konfransda Azərbaycan, İtaliya, Vatikan və digər dövlətlərin siyasi və dini qurumlarının, eləcə də elmi tədqiqat mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.

 

Trend.az