Mübariz Əhmədoğlu: Ukraynanı dövlət hesab etmədikləri üçün Ermənistan diplomatları onu aşağılayırlar

Posted by

Mübariz Əhmədoğlu: Ukraynanı dövlət hesab etmədikləri üçün Ermənistan diplomatları onu aşağılayırlar

 

Mübariz Əhmədoğlu: Ukraynanı dövlət hesab etmədikləri üçün Ermənistan diplomatları onu aşağılayırlar

Mübariz Əhmədoğlu: Ukraynanı dövlət hesab etmədikləri üçün Ermənistan diplomatları onu aşağılayırlar

 

Ermənistanın Ukraynadakı səfiri Andranik Manukyan BMT Baş Assambleyasında öz dövlətinin tutduğu mövqeyi əsaslandırarkən Ukraynanı aşağıladı. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib: “Amma ondan qabaq Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan Ukraynanın Azərbaycandakı səfiri A.Mişenkonun dediklərindən hiddətlənərək Ukraynaya hədə qorxu gəlmişdi: “Bütün bəyanatları izləyirik və bütün bəyanatlar nəzərə alınır. Atacağımız addımlar barədə isə heç vaxt ictimaiyyəti əvvəlcədən məlumatlandırmırıq”. Ermənistanın xarici işlər nazirinin müavinin və səfirinin bu mövqeyi erməniləri tanıyanlar üçün gizli deyil: Hər iki tərəfdə oynamaq milli xüsusiyyətdir. Ermənistanın xarici işlər nazirinin müavini və Ukraynadakı səfiri Ş.Koçaryan və A.Manukyan Ukraynanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə, Dağlıq Qarabağın müstəqilliyini tanımamaqda ittiham etdilər. Dağlıq Qarabağda 1991-ci ildə keçirilən “referenduma” istinad etdilər. Həmin referendumda azərbaycanlılar iştirak etmədiyi üçün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmir”.

Politoloqun sözlərinə görə, A.Manukyan Ukraynada şəxsi biznesini qurmaq üçün bu ölkənin rəsmiləri ilə təmasda olarkən Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini nəzərə almadı. Lakin bu tək nümunə deyil: “Ukrayna ərazisindən Ermənistan üçün qanunsuz silah tranziti kimi istifadə ediləndə, Ukrayna ilə Ermənistan arasında çirkli pulların yuyulanda, Ukraynanın erməni icması Ukrayna adından Avroparlamentdə akkreditasiya olunanda, Ukraynanın erməni icması Ukraynanın adından az qala müstəqil struktur kimi BMT-nin EKOSOS-una üzv olmağa müraciət edəndə, Ukraynadakı erməni icması Ukrayna diplomatiyasının hesabına ABŞ-dakı erməni təşkilatları ilə əlaqə quranda, Erməni Apostol kilsəsinin Ukrayna yeparxiyasının başçısı, arxiyepiskop Qriqoris Buniatyan Ukrayna Kilsələrarası Şurasına sədrlik edəndə, Ukraynanın erməni icması rəsmi Kiyevin Ukraynanın ATƏT-ə sədrlik etdiyi dövrdə Dağlıq Qarabağ tənzimlənməsində təşəbbüskarlığının qarşısını alanda, Ukrayna XİN-in Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının Ukraynada görüşünü təşkil etməklə bağlı təşəbbüsünün reallaşmasına imkan verməyəndə, Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi yada düşmürdü. Erməni icması rəsmi Kiyevlə qaynayıb-qarışmışdı. Birgə korrupsiya, mütəşəkkil cinayətkarlıq şəbəkələri qurmuşdular”.

M.Əhmədoğlu qeyd edib ki, dünyanın əksər dövlətlərində erməni icmaları bədbəxtlik mənbəyidir.

Politoloq deyib ki, bəzi dövlətlər bunu başa düşür, bəziləri isə başa düşmür: “Ukraynadakı erməni icması məskunlaşdığı ölkəyə bədbəxtlik gətirən erməni icmalarının sayını artırdı. Rəsmi Kiyevin və ya Ukrayna elitasının ermənilərin etdiklərini başa düşməsi çətindir. Ukraynada millətçilik var, amma bu millətçilik əcaib formada inkişaf edib: Ukrayna millətçiliyi ancaq rusları rəqib kimi qəbul edir. Indiki rəsmilər Ukraynanın milli maraqlarını dərk etməkdən hələ uzaqdadır. Ukraynanın Azərbaycanla Ermənistanı bərabər tutması buna kiçik də olsa misalıdır”.

 

Trend.az