Martın 21-də Rusiya Dövlət Dumasında Krımın Rusiyaya birləşdirilməsi məsələsi müzakirə olunacaq
Rusiya Dövlət Duması martın 21-də Krımın Rusiyaya birləşdirilməsini nəzərdə tutan qanun layihəsini müzakirə edəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə “Vahid Rusiya” partiyasının nümayəndəsi Vyaçeslav Nikonov deyib.
“Martın 17-dək təkliflər və düzəlişlər müzakirə olunacaq. Martın 21-də isə qanun layihəsi parlamentin gündəliyinə salınacaq”, – deyə o bildirib.
Qeyd edək ki, müvafiq qanun layihəsini “Ədalətli Rusiya” partiyasından olan deputatlar hazırlayıblar.
Apa.az