“İmamzadə” kompleksində bərpa işlərini başa çatdırmaq üçün 5 milyon manat ayrıldı

Posted by

"İmamzadə" kompleksində bərpa işlərini başa çatdırmaq üçün 5 milyon manat ayrıldı“İmamzadə” kompleksində bərpa işlərini başa çatdırmaq üçün 5 milyon manat ayrıldı

"İmamzadə" kompleksində bərpa işlərini başa çatdırmaq üçün 5 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa işlərinin aparılması haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa işlərinin başa çatdırılması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılsın.

 

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 

Trend/az