Mahmud Məmmədquliyev Tyorbyörn Yaqlandla Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin prioritetlərini müzakirə edəcək
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev gələn həftə Strasburqa səfər edəcək.
APA-nın məlumatına görə, nazir müavini aprelin 3-də Strasburqda Avropa Şurasının baş katibi Tyorbyörn Yaqlandla görüşəcək.
Görüş zamanı Azərbaycan-Avropa Şurası münasibətləri, Azərbaycanın təşkilatda qarşıdan gələn sədrliyi və 6 ay sədrlik dövrü üçün əsas prioritetləri müzakirə ediləcək.
Qeyd edək ki, bu ilin mayın 5-də Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrlik Avstriyadan Azərbaycana ötürüləcək.
Azərbaycan quruma sədrliyi Avstriyanın paytaxtı Vyana şəhərində AŞNK-nin xarici işlər nazirləri səviyyəsində keçiriləcək toplantısında qəbul edəcək.
Apa.az