Mədəniyyət və Turizm Nazirliyinin, Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göyçayda XII Nar festivalı keçirilir

Posted by

Göyçayda XII Nar festivalına start verilib. Festival Mədəniyyət və Turizm Nazirliyinin, Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

Builki Nar festivalında iştirak edənlər arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları da var.

Festival iştirakçıları günboyu nar məhsullarının nümayiş olunduğu sərgiyə baxacaq, nar abidəsinin açılışında iştirak edəcək, habelə respublikanın tanınmış müğənnilərinin iştirakı ilə konsert proqramı, nar istehsalı müəssisələrinə səfər, bədii kollektivlərin çıxışları, müxtəlif müsabiqələr təşkil ediləcək.

Noyabrın 4-də isə Heydər Əliyev parkında nar və nar məhsullarının satış yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunacaq, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdiriləcək. Həmçinin şəhər stadionunda “AzNar” və “Neftçi” futbol komandaları arasında “Nar kuboku” uğrunda oyun keçiriləcək. Oyun saat 15:00-da başlayacaq. Yarışın qalibinə “AzNar” QSC tərəfindən 10 min manat, ikinci yerin sahibinə isə 5 min manat pul mükafatı veriləcək.

Azərtac