Lvovda GUAM-ın fövqəladə hallar üzrə ekspertlərinin iclası keçirilib

Posted by

Oktyabrın 25-26-da Lvov Dövlət Həyat Fəaliyyətinin Təhlükəsizliyi Universiteti bazasında GUAM-ın fövqəladə hallar üzrə işçi qrupunun (FHİQ) 15-ci iclası keçirilib. Bu barədə AZƏRTAC-a təşkilatın Ukrayna paytaxtındakı qərargahında məlumat verilib.

İclas iştirakçıları işçi qrupun cari ildəki fəaliyyəti barədə hesabatı nəzərdən keçirib, həmçinin 2017-ci il üçün iş planı qəbul ediblər.

Tədbir çərçivəsində xilasetmə bölmələrinin fövqəladə halların nəticələrinin aradan qaldırılmasına dair fəaliyyəti mövzusunda praktiki seminar keçirib. Seminarda Universitetin müəllim heyəti və kursantları iştirak ediblər.

İclasda 2017-2018-ci illərdə FHİQ-də əlaqələndirici funksiyasını Gürcüstan tərəfinin həyata keçirməsi barədə qərar qəbul edilib.

İşçi qrupun növbəti profil iclası 2017-ci ilin ikinci rübündə Gürcüstanda keçiriləcək.

AZƏRTAC