Londonda Azərbaycan prezidentinin də iştirakı ilə “Suriyaya və regiona dəstək” konfransı başlayıb
Londonda “Suriyaya və regiona dəstək” donor konfransı başlayıb.
APA-nın məlumatına görə, tədbir Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və BMT-nin birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.
Dövlət başçısı BMT”>BMT-nin baş katibi Pan Gi Mun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron, Almaniya kansleri Angela Merkel, Norveç Krallığının baş naziri Erna Solberq və Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə tədbirə qatılıb.
Apa.az