Ölkəmizdə 22 min 700 nəfər işsiz və işaxtaran vətəndaş işlə təmin olunub

Posted by

Ölkəmizdə 22 min 700 nəfər işsiz və işaxtaran vətəndaş işlə təmin olunubÖlkəmizdə 22 min 700 nəfər işsiz və işaxtaran vətəndaş işlə təmin olunub

Ölkəmizdə 22 min 700 nəfər işsiz və işaxtaran vətəndaş işlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanları tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 22 min 700 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib. Bu dövrdə 1297 nəfər haqqıödənilən ictimai işlərə cəlb olunub.

Nazirlikdən AzərTAc-a bildiriblər ki, DMX-nin Bakı, Naxçıvan, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları tərəfindən hesabat dövründə 3 min 143 nəfərə müvəqqəti xarakterli iş yerlərinə göndəriş verilib.

Qeyd edək ki, əmək birjaları natamam iş günü və natamam iş həftəsi üzrə işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri üçün onların qısamüddətli işlərlə təmin olunmasına kömək göstərir.

Bununla əlaqədar əhalidən müxtəlif növ işlərin görülməsinə dair sifarişlər qəbul olunur və müvəqqəti xarakterli işlər üçün müraciət edən vətəndaşlara təklif edilir.

 

AzərTac.az