İlin əvvəlindən Azərbaycanda 63 min nikah və 9 min boşanma halları qeydə alınıb
Bu il oktyabr ayının 1-nə Azərbaycanda rəsmi orqanlar tərəfindən ölkədə 63,0 min nikah və 9,0 min boşanma halları qeydə alınıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstəricilər müvafiq olaraq 8,9 və 1,3 olub.
Bu ilin yanvar-sentyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1 375 nəfər gələn və 636 nəfər ölkədən gedən qeydə alınıb.
Apa/az