İlin əvvəlindən 25 minə yaxın əlil reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib

Posted by

İlin əvvəlindən 25 minə yaxın əlil reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilibİlin əvvəlindən 25 minə yaxın əlil reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib

İlin əvvəlindən 25 minə yaxın əlil reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən cari ilin yanvar-avqust aylarında əlilliyi olan şəxslərə 1230 ədəd əlil arabası verilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmçinin bu ilin 8 ayında Mərkəz, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi əlilliyi olan şəxsləri 748 ədəd aşağı ətraf və 116 ədəd yuxarı ətraf protezi, 159 ədəd döş protezi, 748 ədəd aşağı ətraf ortez-tutoru, 256 ədəd ortez-korset, 18436 ədəd yardımçı məmulat və s. ilə təmin ediblər. Bu təbəqədən olan şəxslərə 2081 cüt ortopedik ayaqqabı və 293 ədəd eşitmə aparatı da verilib, onlara məxsus 497 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə təqdim olunub.

 

Ümumilikdə əlilliyi olan şəxslər 24 866 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin ediliblər ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 58,2% çoxdur.

 

Apa.az