Əli Həsənov BQXK-dan Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz yaxınları ilə canlı əlaqəsinin təmin edilməsini istəyib

Posted by

Əli Həsənov BQXK-dan Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz yaxınları ilə canlı əlaqəsinin təmin edilməsini istəyib

 

Əli Həsənov BQXK-dan Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz yaxınları ilə canlı əlaqəsinin təmin edilməsini istəyib

Əli Həsənov BQXK-dan Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz yaxınları ilə canlı əlaqəsinin təmin edilməsini istəyib

Fevralın 18-də baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Elena Silvia Marisa Ajmone Sessera və sabiq rəhbəri Deniz Duranı qəbul edib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, E. Sesseranı bu təyinatı münasibətilə təbrik edən Ə. Həsənov bu təyinatın Azərbaycanla Beynəlxalq Qızıl Xaç Komitəsi arasındakı əlaqələrin inkişafında önəm daşıyacağına əminliyini vurğulayıb.

 

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul etdiyini xatırladan Ə. Həsənov Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması üçün yaradılmış ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin heç bir nəticəsi olmadığına diqqət çəkib. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir. Bu vəziyyətin bütövlükdə region üçün təhlükəli olduğunu vurğulayan Ə. Həsənov deyib ki, münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, ATƏT-in Minsk Qrupunda təmsil olunan dünyanın aparıcı dövlətləri Azərbaycanın ərazi bütövlüyünü təmin etməli, regionda sülhün, ədalətin bərpa olunmasına nail olmalıdırlar.

 

Görüşdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma yurdlarını və ata-analarının məzarını ziyarət edərkən ermənilər tərəfindən girov götürülmüş, sonra isə separatçı Dağlıq Qarabağ rejiminin “məhkəmə”sinin qərarı ilə barələrində “hökm” çıxarılmış azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə və onların bugünkü durumları ilə bağlı fikir mübadiləsi aparılıb. Ə. Həsənov işğalçı ölkənin bu barədə tutduğu mövqeni beynəlxalq hüquq normalarına saymazlıq, onları kobud şəkildə pozmaq və ciddi özbaşınalıq kimi dəyərləndirib. Ə. Həsənov eyni zamanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz yaxınları ilə telefon və Skype vasitəsilə canlı əlaqənin yaradılmasını bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb, bu məsələnin Cenevrədə təşkilatın prezidenti Peter Maurer ilə müzakirə etdiyini söyləyib. Baş nazirin müavini bunun tezliklə həyata keçirilməsini tələb edib.

 

E. Sessera Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək qiymətləndirib, təşkilatın ölkədəki fəaliyyətlərinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

 

Apa.az