Əli Həsənov BMT QAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini müzakirə edib

Posted by

Əli Həsənov BMT QAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini müzakirə edibƏli Həsənov BMT QAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini müzakirə edib

Əli Həsənov BMT QAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini müzakirə edib

Bu gün baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul edib.

 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçilməsi xüsusi vurğulanıb.

 

Görüşdə Azərbaycanın dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər gördüyü, bütün bunların istər BMT QAK-ın ali komissarı, istərsə də digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirildiyi, oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirildiyi də qeyd edilib. Bildirilib ki, bütün bunlara görə Azərbaycanla qarşılıqlı əməkdaşlıqda daim maraqlı olan BMT QAK ölkəmizin qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması, onların hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq hüququn normaları çərçivəsində hüquqi-normativ sənədlərin hazırlanıb tətbiq olunması sahəsində qazandığı təcrübədən yararlanmağa da xüsusi önəm verir. Görüşdə bu qurumun Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti də müsbət dəyərləndirilib, perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda görüşdə Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin üzərində qurulan “məhkəmə prosesi”ndən, onların azad edilməsi istiqamətində beynəlxalq qurumlara ünvanlanan müraciətlərin hələlik heç bir nəticə verməməsindən narahatlıq ifadə olunub.

 

 

Apa.az