İlham Əliyev Latviyanın sabiq Prezidentini və İsgəndəriyyə Kitabxanasının direktorunu qəbul edib

Posted by

İlham Əliyev Latviyanın sabiq Prezidentini və İsgəndəriyyə Kitabxanasının direktorunu qəbul edibİlham Əliyev Latviyanın sabiq Prezidentini və İsgəndəriyyə Kitabxanasının direktorunu qəbul edib

İlham Əliyev Latviyanın sabiq Prezidentini və İsgəndəriyyə Kitabxanasının direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanı və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib.

 

Görüşdə Azərbaycanın böyük şairi Nizami Gəncəvinin adını daşıyan Mərkəzin artıq vacib beynəlxalq instituta çevrildiyi və bu qurumun müxtəlif sahələri əhatə edən tədbirlərinə marağın ildən-ilə artdığı qeyd olundu, bu istiqamətdə işlərin davam etdirilməsinin və fəaliyyətin daha da genişləndirilməsinin zəruriliyi vurğulandı.

 

Söhbət zamanı Mərkəzin xalqlar və ölkələr arasında dostluğun və qarşılıqlı anlaşmanın daha da möhkəmləndirilməsi işinə verdiyi töhfə xüsusi qeyd edildi.

 

Trend.az