İlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb

Posted by

İlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşübİlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb

İlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşü olub.

 

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Azərbaycanın Avropanın enerji təminatında artan rolunun önəmi vurğulandı, bu sahədə “Cənub” qaz dəhlizinin əhəmiyyəti qeyd edildi.

 

Söhbət zamanı gələn ay Bakıda keçiriləcək “Cənub” qaz dəhlizinin nazirlər səviyyəsində birinci məşvərət şurasına dair məsələlər müzakirə edildi, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

 

Trend.az