İlham Əliyev “BТБ” Bankının prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da “BТБ” Bankının prezidenti Andrey Kostini qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələrin uğurla həyata keçirildiyi vurğulandı, Azərbaycanın müvafiq qurumları ilə “ВTБ” Bankı arasında əməkdaşlığın bu əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Trend.az