İlham Əliyev 4 milyon manat ayırdı
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” su elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən “Arpaçay-2” su elektrik stansiyasının tikintisini başa çatdırmaq üçün Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Qafqazinfo.az