Lavrov: Xəzərin hüquqi statusunun əsasını təşkil edəcək prinsiplər razılaşdırılıb

Posted by

Xəzəryanı dövlətlərin XİN rəhbərləri Xəzərin hüquqi statusunun əsasını təşkil edəcək xeyli sayda prinsiplər razılaşdırıblar. Bu barədə RF-nin xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin konfransının yekunları üzrə bildirib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

S.Lavrov bildirib: “Bizim Həştərxan sammitinə kimi konvensiya üzərində işləri başa çatdırmaq planlarımız olmayıb. Sammitə kimi bir sıra sənədlər, o cümlədən Xəzərin hüquqi statusuna dair Konvensiyada əks olunması nəzərdə tutulan sənəd hazırlanacaq. Biz həmin konvensiyanın müvafiq maddələrinin əsasının təşkil edəcək xeyli sayda prinsipləri razılaşdırmışıq”.

Lavrov izah edib ki, bunlar, o cümlədən, “dəniz sahələrinin ayrılması, yox olmaq təhlükəsi altında olan nərə balıqlarının çoxalmasının saxlanılması üzrə tədbirlər” daxildir.

RF XİN rəhbəri əlavə edib: “Nazirlərin hamısı bir-birlərinin maraqları nzəərə alınmaqla bərabərhüquqluluq prinsiplərinə sadiq olduqlarını təsdiqləyiblər”.

Trend.az