Krım tatarları heç bir referendumu tanımırlar
Dünya ictimaiyyəti Ukraynanın ərazi bütövlüyünü qorumaq üçün təcili hərəkətə keçməlidir. Trend-in “Korrespondent”ə istinadən verdiyi məlumata görə, bunu Krım Tatarları Məclisinin sədri Refat Çubarov yerli telekanalın efirində deyib.
Onun fikrincə, Krım Ali Şurasının Rusiyanın tərkibinə daxil olmaq haqqında qərarını “ağıldankəmlər” qəbul ediblər: “Yerli referendumlar haqqında qanun yoxdur. Buna görə də məhz bu qərar cəfəngiyatdır”.
R.Çubarov qeyd edib ki, Krım tatarları işğal şəraitində heç bir referendumu tanımırlar.
Trend.az