Kür və Araz transsərhəd çaylarında aparılmış monitorinqin nəticələri açıqlanıb

Posted by

Noyabr ayının birinci ongünlüyündə aparılmış monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən AzərTAc-a verilən məlumata görə, suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların Şıxlı-2 məntəqəsində 3, Ağstafaçayda 2, Ağstafaçay su anbarında isə 3.3 dəfə yol verilən qatılıq həddini keçdiyi qeydə alınıb.

Eyni hal Araz çayının Horadiz, Birinci Şahsevən və Bəhramtəpə məntəqələrində də müşahidə olunub.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib. Suyun oksigen rejiminin isə bütün məntəqələrdə sanitar norma daxilində dəyişdiyi müəyyən olunub.

AzərTac.az