Koreyada Xocalı soyqırımı və Azərbaycanın müasir görünüşünü əks etdirən fotosərginin açılış mərasimi keçirilib

Posted by

Koreyada Xocalı soyqırımı və Azərbaycanın müasir görünüşünü əks etdirən fotosərginin açılış mərasimi keçirilib

Koreyada Xocalı soyqırımı və Azərbaycanın müasir görünüşünü əks etdirən fotosərginin açılış mərasimi keçirilib

Koreyada Xocalı soyqırımı və Azərbaycanın müasir görünüşünü əks etdirən fotosərginin açılış mərasimi keçirilib

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi və Koreya Xarici Dillər Universitetinin Türk-Azərbaycan dilləri kafedrasının təşkilatçılığı, eləcə də “TEAS” Avropa Azərbaycan Cəmiyyətinin və “SEBA” Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə Koreya Xarici Dillər Universitetinin Obama zalında Azərbaycan reallıqları (“Azerbaijan Realities”) adlı Xocalı soyqırımı və Azərbaycanın müasir görünüşünü əks etdirən fotosərginin açılış mərasimi keçirilib.

Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya verilən məlumata görə, sərgidə Koreyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Koreya Xarici Dillər Universitetinin rəhbərliyi və müəllim-professor heyəti, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) vitse-prezidenti, Koreyanın Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin əməkdaşları, KİV nümayəndələri və Universitet tələbələri iştirak ediblər.

 

Açılış mərasimində Səfirliyin müvəqqəti işlər vəkili R.Teymurov çıxış edərək sərginin əsas ideyası və məqsədi barədə danışıb. O, Koreya ictimaiyyətinin Azərbaycanı əsasən enerji ehtiyatları ilə zəngin və müasir ölkə kimi tanıdığını, lakin ölkənin öz müstəqilliyini əldə etdiyi dövrdə qarşılaşdığı çətinliklər, xüsusən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində Azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımı barədə daha az məlumatlı olduğunu bildirib. Sərginin keçirilməsində əsas məqsədin də Azərbaycan barədə bu reallıqların Koreya ictimaiyyətinə çatdırılmasından ibarət olduğu qeyd edilib.

 

Daha sonra Koreya Xarici Dillər Universitetinin rektoru Kim İn-çol (Kim In-cheol) çıxış edərək belə bir sərginin Universitetdə təşkil olunmasından məmnunluğunu bildirib və Universitetdə, xüsusən də Türk-Azərbaycan dili kafedrasında təhsil alan koreyalı tələbələr tərəfindən Azərbaycan dili ilə yanaşı, ölkənin tarixi və mədəniyyətinin öyrənilməsinin önəmli olduğunu qeyd edib.

 

Tədbirdə həmçinin, 1992-ci ilin fevral ayında Ağdamda Xocalı şəhərinin mülki azərbaycanlılarına qarşı törədilmiş faciəli səhnələri çəkmiş və xüsusi olaraq sərginin açılışına dəvət olunmuş fransalı fotoqraf xanım Frederik Lengaigne Azərbaycanın müstəqilliyin ilk illəri ərzində üzləşdiyi problemlər, o cümlədən Xocalı və Ağdamda baş vermiş hadisələr barədə ətraflı danışmış və Xocalı soyqırımı səhnələrinin onda dərin təəssürat buraxdığını bildirib.

 

Açılış mərasimindən sonra, tədbir iştirakçıları xanım Frederik tərəfindən 1992-ci ilin fevral ayında çəkilmiş və Xocalı faicəsini əks etdirən fotoşəkillərlə tanış olublar. Sərgi zamanı həmçinin müasir Azərbaycan və Bakı şəhərini əks etdirən fotolar da nümayiş olunub.

Bundan əlavə, Xocalı faciəsi ilə bağlı Koreya dilinə tərcümə edilmiş kitabçalar iştirakçılara paylanıb.

 

Apa.az