Koreya Respublikasının Azərbaycandakı səfiri Tovuz rayonunda olmuşdur

Posted by

Koreya Respublikasının Azərbaycandakı səfiri Tovuz rayonunda olmuşdur

Koreya Respublikasının Azərbaycandakı səfiri Tovuz rayonunda olmuşdur

Koreya Respublikasının Azərbaycandakı səfiri Tovuz rayonunda olmuşdur

Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn və bu ölkənin “SECURO” şirkətinin prezidenti Kim Chun-Ho mayın 17-də Tovuz rayonunda olmuşlar.

 

AzərTAc xəbər verir ki, koreyalı qonaqlarla Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov bölgənin iqtisadiyyatı haqqında geniş məlumat vermişdir.

Səfir Tovuz rayonuna Milli Məclisin deputatı Qənirə Paşayevanın dəvəti ilə gəldiyini bildirmişdir.

Görüşdə çıxış edən Qənirə Paşayeva səfirə onun təşəbbüsü ilə rayonun ümumtəhsil məktəblərində bu il ali hərbi məktəblərə daxil olmağa hazırlaşan 30 gəncə “SECURO” şirkətinin prezidenti tərəfindən 30 noutbukun hədiyyə olunmasına görə öz təşəkkürünü bildirmişdir.

Sonra noutbuklar şagirdlərə hədiyyə edilmişdir.

Koreya Respublikasının ölkəmizdəki səfirinə Azərbaycanın qədim musiqi aləti olan saz bağışlanmışdır.

Koreyalı qonaqlar rayonun Ermənistan ilə sərhəddə yerləşən Ağdam kəndində olmuşlar.

Kənd sakinləri qonaqlara məlumat vermişlər ki, Ermənistan ilə Azərbaycan arasında 20 il bundan əvvəl atəşkəs elan olunsa da demək olar ki, hər gün ermənilər tərəfindən atəşkəs pozulur, dinc sakinlər atəşə məruz qalırlar. Ermənistan tərəfindən mütəmadi olaraq atəşkəs rejimi pozulması səbəbindən sakinlər vəfat edən yaxınlarını Ağdam kəndinin təcavüzkar dövlətlə sərhəddə yerləşən qəbiristanlığında dəfn edə bilmir, həmçinin dünyasını dəyişmiş doğmalarının məzarlarını ziyarət etməkdən məhrumdurlar. Ona görə də sakinlər məcburiyyət qarşısında qalaraq kəndin çıxacağında yeni qəbiristanlıq salmışlar.

Səfir isə öz növbəsində bildirmişdir ki, Koreya Respublikası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

Sonra qonaqlar Tovuz şəhərindəki Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini ehtiramla anmışlar.

Tovuz “Qala” kompleksində olan qonaqlara məlumat verilmişdir ki, 1828-ci ilədək Azərbaycanın ərazisi 168,2 min kvadrat kilometr olmuşdur. Azərbaycan torpaqlarının sonralar mütəmadi olaraq təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalması səbəbindən ərazilərimiz demək olar ki, yarıbayarı azalmışdır.

Sonra koreyalı qonaqlar rayon ərazisində ilk yaşayış məskəni olan “Göytəpə”də olmuşlar. Məlumat verilmişdir ki, qədim “Göytəpə” arxeoloji abidəsi Azərbaycan ərazisində, eyni zamanda, Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür. Bu yaşayış məskəni 2 hektardan çox ərazini əhatə edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası 2006-cı ildə Fransa mütəxəssisləri ilə birlikdə “Göytəpə” qədim yaşayış məskənində kəşfiyyat müşahidələri apararaq, təpənin topoplanını çəkmiş, yerüstü materiallar toplamışlar. Abidənin dəqiq tarixinin təyin edilməsi üçün üst qatdan götürülən kömür qalıqlarının üzərində Fransanın Milli Araşdırmalar Mərkəzində radio-karbon analizi aparılmışdır. Analizin nəticəsinə əsasən, “Göytəpə” yaşayış məskəninin bizim eradan əvvəl VI minilliyə aid olduğu müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, Tovuzun 8 min illik şəhər mədəniyyəti tarixi vardır.

 

AzərTac.az