Koreya Respublikası Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
Noyabrın 28-də Koreya Respublikasının Baş naziri Çanq Honqvonun Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Koreya Respublikası Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Çanq Honqvonu hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola saldılar.
AzərTac.az