Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclaslarda Azərbaycan Respublikası Konstitusiyasının VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.2-ci və 106.1-ci maddələrinin şərh edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsi ilə bağlı Sumqayıt Apelyasiya Məhkəməsinin müraciətlərinə baxılaraq icraata qəbul edilməsi haqqında qərardadlar çıxarılmışdır.
Müraciətlərə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq fevralın 4-nə və 11-nə təyin edilmiş iclaslarında baxılacaqdır.