Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80-ci və 81-ci maddələrinin şərh edilməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Müraciətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 9-na təyin edilmiş iclasında baxılacaq.
AzərTac.az