Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti reyd keçirmişdir

Posted by

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti reyd keçirmişdir

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti reyd keçirmişdir

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti reyd keçirmişdir

Kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına və nazirliyin tədbirlər planına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) reyd keçirmişdir.

Reyd zamanı Sabunçu rayonunun Balaxanı qəsəbəsi, Sarabski küçəsi 22 ünvanda yerləşən qeyri-qanuni fəaliyyət göstərən emal sexində 1200 kiloqram, Abşeron rayonunun Quşçuluq massivindəki həyət evində 300 kq və Nizami rayonunun Keşlə qəsəbəsindəki həyət evində 300 kq toyuq ətinin qanunsuz təkrar emal edildiyi, ətin sümükdən çıxarıldığı, baytarlıq-sanitariya qaydalarına uyğun olmayan və lazımi temperatur rejiminə əməl edilmədiyi yerdə saxlandığı aşkar edilmişdir. Bu məhsulların mənşəyinə dair heç bir müşayiətedici sənəd olmamışdır.

DBX-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hər üç sexin məhsulundan müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir. Nizami rayonunun Keşlə qəsəbəsindəki şəxsi həyət evində aşkarlanan 300 kq toyuq budu akt əsasında müsadirə olunaraq soyuducuda saxlanmaq üçün götürülmüşdür. Digər məhsulların saxlanıldığı yerlər möhürlənmiş, emal sexlərinin fəaliyyəti dayandırılmış və aşkar edilən məhsulların satışı qadağan edilmişdir.

Müayinələrin nəticəsindən asılı olaraq reyd zamanı aşkarlanmış faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.

Reydin uğurlu alınmasında Daxili İşlər Nazirliyinin karantin tədbirlərini təmin edən əlahiddə polis taboru yaxından iştirak etmişdir.

DBX bu istiqamətdə reydlərini mütəmadi davam etdirməyi nəzərdə tutur.

 

AzərTac.az