Kəmaləddin Heydərov Şərqi Azərbaycan vilayətinin nümayəndə heyəti ilə görüşüb

Posted by

Kəmaləddin Heydərov Şərqi Azərbaycan vilayətinin nümayəndə heyəti ilə görüşübKəmaləddin Heydərov Şərqi Azərbaycan vilayətinin nümayəndə heyəti ilə görüşüb

Kəmaləddin Heydərov Şərqi Azərbaycan vilayətinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 20-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin nümayəndə heyəti ilə görüşüb.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı K.Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlərdən, bu sahədə İranın müvafiq qurumları ilə məhsuldar əməkdaşlıqdan geniş bəhs edib.

 

Nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə səmimi görüşə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi vilayətin Azərbaycanla müxtəlif sahələrdə uğurlu əməkdaşlığından danışıb. Qonaq bildirib ki, Azərbaycana səfəri zamanı şahid olduğu möhtəşəm inkişaf onu ürəkdən sevindirir.

 

Tərəflər arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən fövqəladə hallarla mübarizə sahəsində kadr hazırlığı ilə bağlı təcrübə mübadiləsi üzrə geniş müzakirə aparılıb.

 

Bundan başqa, nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, həmçinin İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə tanış olub.

 

Trend.az