Kiril Şevçenko: Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu məzmun və təşkilati baxımdan mühüm əhəmiyyət kəsb edən hadisə olmuşdur
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu məzmun və təşkilati baxımdan mühüm əhəmiyyət kəsb edən hadisə olmuşdur.
Bu sözləri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Rusiya Dövlət Sosial Universitetinin Minsk filialının professoru Kiril Şevçenko AzərTAc-a müsahibəsində demişdir.
Qloballaşan informasiya məkanında medianın aktual problemlərindən danışan K.Şevçenko qeyd etmişdir ki, bu kimi beynəlxalq əhəmiyyətli tədbirlər sosial və ənənəvi media arasındakı uçurumu ictimaiyyətin xeyrinə bərpa etməyə kömək edəcəkdir.
O demişdir: “İnformasiya iqtisadiyyatı şəraitində informasiya texnologiyaları eləcə də sosial şəbəkələrin geniş vüsət alması qarşısı alınmaz prosesdir. “Dəyirmi masa” ətrafında yığışmış ziyalıların əsas vəzifəsi bu proses nəticəsində ortaya çıxan çatışmazlıqları aradan qaldırmaqdır”.