Kerri Rusiyanı Ukrayna üzrə Cenevrə razılaşmalarını yerinə yetirməməkdə günahlandırıb

Posted by

ABŞ dövlət katibi Con Kerri Rusiyanı Ukrayna üzrə Cenevrə razılaşmalarını yerinə yetirməməkdə günahlandırıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

Bundan öncə Rusiya Federasiyasının XİN rəhbəri Serqey Lavrov bəyan edib ki, hakimiyyət Kiyevdə Cenevrə razılaşmalarını kobud şəkildə pozur və münaqişə üzrə gərginliyi aradan qaldırılması üçün ilk addımlar atmalıdır.

“Yeddi gün ərzində Rusiya düzgün istiqamətdə heç bir addım atmayıb. Rusiya hakimiyyət orqanlarının heç bir nümayəndəsi separatçıları Cenevrə sazişini dəstəkləməsinə, tərk-silah olunmasına və binaları azad edilməsinə açıq şəkildə çağırmayıb”, – Kerri Ukrayna üzrə xüsusi bəyanatla çıxış edərək bu barədə deyib.

Trend.az