“Kaspi” Təhsil Mərkəzi üç yeni layihəsini təqdim edib

Posted by

“Kaspi” Təhsil Mərkəzi üç yeni layihəsini təqdim edib

 

“Kaspi” Təhsil Mərkəzi üç yeni layihəsini təqdim edib

“Kaspi” Təhsil Mərkəzi üç yeni layihəsini təqdim edib

 

“Kaspi” Təhsil Mərkəzi Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycanda və ölkədən kənarda yaşayan 5-10 yaşlı uşaqların əlifba və ana dilindəki ilkin anlayışları öyrənmələri üçün “Əlifbanı öyrənirəm” layihəsini hazırlayıb.

 

APA-nın məlumatına görə bu barədə bu gün Kaspi Təhsil Mərkəzinin “Təhsildə müasir texnologiyalar – Perspektivlər” mövzusunda keçirilən tədbirdə məlumat verilib.

 

Tədbirdə çıxış edən “Kaspi” Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva təhsil mərkəzinin yarandığı gündən bu günədək görülən işlərdən danışıb: “Biz atdığımız addımlarla dövlətin təhsil siyasətinə dəstək veririk. Kaspi Təhsil Mərkəzini bitirən 1120 abituriyentimiz ali məktəblərdə təhsil alır. 2015-ci ilə qədər xaricdə təhsil alması nəzərdə tutulan 5000 tələbənin uğurunda Kaspi Təhsil Mərkəzinin də rolu var”.

 

Sonra innovativ texnologiyaların səmərəli istifadəsi ilə əlaqəli yeni layihələrin təqdimatı olub.

 

“Kaspi” Təhsil Mərkəzinin direktoru Elnur Əliyev bildirib ki, son 3 ildə elektron təhsil sahəsində bir sıra layihələr həyata keçiriblər: “İnteraktiv oyun şəklində hazırlanan yeni layihəmiz uşaqların əlifbanı səsli və şəkilli öyrənmələrini nəzərdə tutur və onların ana dilini öyrənmə prosesini daha asan və əyləncəli edir. Oyun haqqında www.anadili.azsaytından daha ətraflı məlumat əldə etmək olar. İstifadəsi sadə və rahat olan bu oyun valideynlərə uşaqlarının öyrənmə prosesini izləmək imkanı da verir. Bundan əlavə, balacalar saytın şeirlər bölməsində bir sıra uşaq şeirlərini səsli dinləyə bilərlər”.

 

E. Əliyev deyib ki, Kaspi Təhsil Mərkəzi abituriyent hazırlığında da yenilik edərək onlayn imtahan sistemi olan “Kaspi Test”i (www.kaspitest.com) istifadəyə verib: “Sistemin məqsədi Mərkəzin təşkil etdiyi sınaq imtahanlarının onlayn qaydada keçirilməsi, istifadəçilərin yer və məkandan asılı olmayaraq həmin imtahanlarda iştirak etməsidir. Bu sistem istifadəçilər üçün çox rahat olub imtahana müxtəlif cihazlardan (personal kompüter, noutbuk və ya planşetdən) daxil olma imkanı verir”.

 

Mərkəzin direktoru qeyd edib ki, “Kaspi” Təhsil Mərkəzindəki öyrənmə proseslərini idarə etmək üçün Öyrənmənin İdarəolunması Sistemi – “Kaspi LMS (Learning Management System)” yaradıb: “Bu sistemin məqsədi müasir texnologiyaları səmərəli istifadə edərək təhsil müəssisəsindəki öyrənmə, ölçmə və qiymətləndirmə, mesajlaşma, hesabat, nəzarət və digər prosesləri çevik və mərkəzləşdirilmiş qaydada idarə etməkdir”.

 

Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, millət vəkili Gövhər Baxşəliyeva və digərləri təqdim olunan layihələrin əhəmiyyətini vurğulayıblar.

 

 

Apa.az