Kanada Rusiyaya və Yanukoviç rejiminin nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib

Posted by

Kanada hökuməti Rusiya və Ukrayna hökumətinin keçmiş üzvləri barəsində bu ölkədə yaranmış vəziyyətə görə məhdudlaşdırıcı tədbirlər gördüyünü bəyan edib. Trend-in məlumatına görə, bu barədə “İnterfaks” EFE agentliyinə istinadən xəbər yayıb.

Kanadanın Baş naziri Stiven Xarper parlamentdə çıxışı zamanı deyib: “Mən bizim Kanada ilə Rusiya arasında iqtisadi əlaqələrin irəliləməsi məqsədilə yaradılan Rusiya-Ukrayna hökumətlərarası iqtisadi komissiyasında iştirakımızı dayandırdığımızı elan edirəm”.

O, Kanadanın Rusiyaya qarşı məhz hansı sanksiyaları tətbiq etdiyini açıqlamayıb: “Viktor Yanukoviç rejiminin nümayəndələrinin aktivləri də dondurulacaq”.

S.Xarper əlavə edib ki, Kiyevin xahişi ilə Kanada ATƏT-in Ukraynadakı vəziyyətə nəzarət üçün missiyasının tərkibində Krıma iki hərbçi müşahidəçi göndərir.

Trend.az