İranda zəlzələ nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb, 1600-dən çox adam xəsarət alıb

Posted by

Noyabrın 12-də İran və İraq sərhədində baş verən 7,2 maqnituda gücündə zəlzələ nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanların ocağı yerin 10 kilometr dərinliyində olub.

Kirmanşah şəhərinin Səhiyyə idarəsinin məlumatına görə, dağıntılar altından 207 nəfərin meyiti çıxarılıb.

Eyni zamanda, 1600-dən çox adamın xəsarət aldığı bildirilir.

Report.az