Hüseyn Bağırov Sabirabadda vətəndaşları qəbul edəcək

Posted by

Hüseyn Bağırov Sabirabadda vətəndaşları qəbul edəcəkHüseyn Bağırov Sabirabadda vətəndaşları qəbul edəcək

Hüseyn Bağırov Sabirabadda vətəndaşları qəbul edəcək

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov yanvarın 23-ü Sabirabad şəhərində vətəndaşları qəbul edəcək.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, saat 10.00-da şəhərin Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 95) baş tutacaq qəbulda H.Bağırov Sabirabad, Saatlı, Hacıqabul rayonlarında və Şirvan şəhərində yaşayan vətəndaşlarla görüşəcək.

 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Sabirabad şəhəri, Vidadi küçəsi 3, əlaqə telefonları: 055-443-58-86, 050-437-81-66, 021-23-5-69-25) xahiş olunur.

 

Apa.az