Hərbi sahədə Azərbaycan-Bolqarıstan əməkdaşlığının genişləndirilməsindən məmnunluq ifadə olunub

Posted by

Hərbi sahədə Azərbaycan-Bolqarıstan əməkdaşlığının genişləndirilməsindən məmnunluq ifadə olunubHərbi sahədə Azərbaycan-Bolqarıstan əməkdaşlığının genişləndirilməsindən məmnunluq ifadə olunub

Hərbi sahədə Azərbaycan-Bolqarıstan əməkdaşlığının genişləndirilməsindən məmnunluq ifadə olunub

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Bolqarıstan arasında müxtəlif istiqamətlərdə münasibətlərin uğurla inkişaf etdiyindən, o cümlədən hərbi sahədə də əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə olunub.

 

Müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.

 

Sonra ölkələrimiz arasında ikitərəfli münasibətlərə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Görüşdə Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Maya Hristova da iştirak edib.

 

Trend.az