Hüquqi şəxslər avtomobilini həvalə etdiyi şəxs barədə müvafiq məlumatları qeydiyyatı həyata keçirən orqana təqdim etməli olacaqlar

Posted by

Hüquqi şəxslər avtomobilini həvalə etdiyi şəxs barədə müvafiq məlumatları qeydiyyatı həyata keçirən orqana təqdim etməli olacaqlar

Hüquqi şəxslər avtomobilini həvalə etdiyi şəxs barədə müvafiq məlumatları qeydiyyatı həyata keçirən orqana təqdim etməli olacaqlar

Hüquqi şəxslər avtomobilini həvalə etdiyi şəxs barədə müvafiq məlumatları qeydiyyatı həyata keçirən orqana təqdim etməli olacaqlar

Azərbaycanda nəqliyyat vasitəsinin dövlət qeydiyyatını həyata keçirən hüquqi şəxslər avtomobilini həvalə etdiyi şəxslə bağlı müvafiq məlumatları qeydiyyatı həyata keçirən orqana təqdim etməli olacaqlar.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, “Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinə təklif olunan əlavəyə əsasən, eyni zamanda fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və elektron ünvanını təqdim etməlidirlər.

 

Maddəyə əlavə olunan VI-I hissədə deyilir ki, qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və elektron ünvanını, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları üç gün ərzində yeniləməlidirlər.

 

Bu məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınmayacaq.

 

Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internetlə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin edəcək.

 

Qeyd edək ki, 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitəsi budur: hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları.

 

Maddəyə edilən digər əlavəyə görə isə yuxarıda nəzərdə tutulan nəqliyyat vasitələrini başqa regionda təkrar dövlət qeydiyyatından keçirmək üçün müraciət edildikdə, nəqliyyat vasitəsinin yeni regionda qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq.

 

Apa.az