Həmsədrlər Almaniya ilə Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda məsləhətləşmə aparacaqlar
ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Almaniya hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda məsləhətləşmə aparacaqlar.
APA-nın məlumatına görə, bu barədə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb. “Biz bu gün gələn ildən ATƏT-in fəaliyyətdəki sədr dövləti olacaq Almaniya ilə məsləhətləşmələr aparacağıq. Gəlin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün birlikdə işləyək”, – deyə o, qeyd edib.
Apa.az