Əhməd Davudoğlu: Türkiyə Krımda referendumu ləğv etməyə çağırır

Posted by

Əhməd Davudoğlu: Türkiyə Krımda referendumu ləğv etməyə çağırır

 

Əhməd Davudoğlu: Türkiyə Krımda referendumu ləğv etməyə çağırır

Əhməd Davudoğlu: Türkiyə Krımda referendumu ləğv etməyə çağırır

 

Türkiyə Krımda referendumu ləğv etməyə çağırır. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı “Anadolu” agentliyi yayıb.

Nazir bildirib: “Ankara Krımda vəziyyətin siyasi nizamlanması yollarını tapmaqdan ötrü əlindən gələni edir”.

Davudoğlu qeyd edib ki, indiyədək Ukraynada siyasi böhranın nizamlanması üçün göstərilən səylər bir nəticə verməyib.

Bir müddət əvvəl Əhməd Davudoğlu Krımın Ukraynanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, Ukraynadakı qeyri-sabit siyasi vəziyyət bütün Qara dəniz regionuna təsir edə bilər: “Ukraynanın ərazi bütövlüyü Türkiyə üçün çox önəmlidir”.

Ə.Davudoğlu bildirib ki, Krım tatarlarının təhlükəsizliyi Ankara üçün prioritetlərdən biridir və Türkiyənin öz prioritetlərini müdafiə etməyə tam haqqı var.

Xatırladaq ki, Krım parlamenti martın 6-da Rusiyaya birləşmək haqqında qərar qəbul edib. Həmçinin deputatlar yarımadanın statusuna dair martın 16-da referendumun keçirilməsinə səs veriblər.

 

Trend.az