Əhməd Davudoğlu Con Kerri ilə “erməni soyqırımı”nı müzakirə edib
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, telefon söhbəti zamanı “erməni soyqırımı” məsələsi müzakirə olunub.
Ə.Davudoğlu qeyd edib ki, ermənilər tərəfindən 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınmasını nəzərdə tutan layihənin ABŞ Senatına təqdim edilməsi Türkiyə hökumətinin narahatlığına səbəb olub.
Tərəflər həmçinin Suriya və Misirdəki proseslərə dair fikir mübadiləsi aparıblar.
Apa.az