Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaq evləri və internat məktəblərində tərbiyə alanlar üçün şənlik olub

Posted by

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiyadakı nümayəndəliyi və Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) Moskva şəhərinin uşaq evləri və internat məktəblərində tərbiyə alan kimsəsiz uşaqlar üçün Yeni il şənliyi təşkil edilib.

“Baku” kinoteatrındakı bayram tamaşasına Moskvanın uşaq evlərində tərbiyə alan balacalar, habelə Kərim Kərimov adına Azərbaycan etnomədəni komponentli 157 nömrəli məktəbin və gürcü etnomədəni komponentli 1331 nömrəli məktəbin şagirdləri dəvət olunub.

Həmin gün uşaqları Şaxta baba, Qar qız və Küpəgirən qarının müşayiəti ilə “Yolkanın dövrəsində”, “Sabun qovuqları şousu”, ”Akva-qrim”, “Şokolad fəvvarəsi”, “Bacarıqlı əllər dərnəyi” interaktiv proqramlarını, “Foto-teatr” attraksionunu təqdim edən peşəkar animatorlar şənləndiriblər. Uşaqlar ayı balalarının maraqlı macəralarına tamaşa edib, oynaq mahnıların sədaları altında rəqs ediblər.

Əyləncəli proqramla bərabər, Yeni il kökələrinə və açıqcalarına naxış vurulması üzrə ustad dərsləri keçirilib.

Sonra uşaqlar, valideynlər və tərbiyəçilər kinoteatrın tamaşa salonuna keçiblər. Burada ÜAK-ın icraçı direktoru İlqar Hacıyev uşaqları və onların valideynlərini Yeni il bayramı münasibətilə təbrik edib. O, şənliyin təşkilinə dəstəyə və köməyə görə Heydər Əliyev Fonduna təşəkkür edib. Sonra “Durnabalığının buyruğu ilə” kukla tamaşası göstərilib.

Valideynlər maraqlı tamaşaya və bayram ovqatına görə təşkilatçılara təşəkkür ediblər. Uşaqların bəxtəvər simaları bu təriflərin ən gözəl təsdiqi olub.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin və ÜAK-ın təmsilçiləri uşaqlara ənənəvi Yeni il hədiyyələri təqdim ediblər.

AzərTac.az