GUAM öz ərazisində uzanmış münaqişələr barədə qətnamə layihəsinin BMT-də təşviqini davam etdirəcək
GUAM BMT Baş Assambleyasının “GUAM ərazisində uzanmış münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri” barədə qətnamənin layihəsinin təşviqini davam etdirəcək.
Təşkilatdan Trend-ə verilən məlumata görə, bu barədə qərar GUAM-ın 2016-cı ilin yekunlarına həsr olunmuş iclasında qəbul edilib.
Milli əlaqələndiricilər Şurası GUAM-a üzv ölkələrin diplomatik nümayəndəliklərinə qətnamənin dəstəklənməsi üçün fəaliyyəti davam etdirməyi tapşırıb. İclasda Azərbaycanın 2016-cı ildə GUAM sədrliyinin yekunları və qurumun gələcək görüş və iclaslarının keçirilməsi müzakirə olunub.
Trend.az