Gürcüstan ölkənin dəmir yollarının Abxaziya hissəsinin açılışı ilə bağlı danışıqlarda iştirakını təkzib edir
Gürcüstan Ermənistan tərəfinin ölkənin dəmir yollarının Abxaziya hissəsinin açılışı ilə bağlı “qapalı” danışıqlarda iştirak etməsi ilə bağlı yaydığı məlumatı qətiyyətlə təkzib edir. Trend xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili və iqtisadiyyat naziri Giorgi Kvirikaşvili bildiriblər.
Ermənistanın nəqliyyat və rabitə nazirinin birinci müavini Artur Arakelyan dünən “Tert.am”a müsahibəsində deyib ki, Gürcüstan dəmir yollarının Abxaziya hissəsinin işinin bərpası ilə əlaqədar Ermənistanın nəqliyyat nazirini iştirakı ilə qapalı danışıqlar aparılır.
Zakareişvilinin sözlərinə görə, heç bir danışıqlar aparılmır və bu məsələdə heç bir irəliləyiş yoxdur.
Həmçinin Kvirikaşvili də qeyd edib ki, Gürcüstan tərəfi dəmir yollarının Abxaziya hissəsi ilə bağlı heç bir danışıqlarda iştirak etmir.
Trend.az